Böyük Britaniya kraliçası II Elizaveta ABŞ prezidenti Cozef Baydeni və xanımı Cili Vindzor sarayına dəvət edib.
“QİA.az” xəbər verir ki, məlumatı Bukingem sarayının mətbuat xidməti yayıb.
Görüş iyunun 13-də Cozef Baydenin “Böyük-7″liyin (“G-7”) Britaniyada keçiriləcək sammiti çərçivəsində baş tutacaq. Bu həm də ABŞ prezidentinin ilk xarici rəsmi səfəri olacaq. Keçmiş prezident Donlad Tramp isə kraliça ilə 2019-cu ilin iyununda Londona işgüzar səfəri zamanı görüşüb.
Məlumata görə, Cozef Bayden iyunun 11-14-də Avropa turnesi zamanı Belçika və Böyük Britaniyaya səfər edəcək. Bir müddət əvvəl II Elizabetin ABŞ prezidentinə andiçmədən əvvəl xüsusi məktub göndərdiyi barədə informasiya yayılmışdı