Kramarenkonun komandasına erməni məşqçi gətirildi

İyn17,2021

Qazaxıstan “Tobol”unun sabiq baş məşqçisi Qriqori Babayan Rusiyanın MOİK klubunda çalışacaq.

QİA.AZ” Moskva təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, erməni mütəxəssis komandanın müvəqqəti baş məşqçisi Aleksey Berezutskinin köməkçisi təyin olunub.Berezutski Premyer Liqa təmsilçisinin sükanı arxasında xorvatiyalı İvitsa Oliçi əvəzləyib.

Hazırda bu komandanın qapıçılar üzrə məşqçisi Azərbaycan millisində də analoji vəzifəni yerinə yetirən Dmitri Kramarenkodur. O, cari ilin yanvarından MOİK-də çalışır.

Qeyd edək ki, Babayan 2019-cu ildə “Tobol”a baş məşqçi təyin olunmuşdu. Onun komandaya gəlişindən sonra Azərbaycan millisinin qapıçısı Emil Balayev Kostanay təmsilçisindən ayrılmışdı.

Oxşar Xəbərlər