Kreml: “Fransa 1 500 hərbçisini döyüşmək üçün Ukraynaya göndərə bilər”

Aprel ayında təxminən 1 500 nəfərdən ibarət fransız hərbçi Ukraynaya göndərilmək üçün döyüşə hazır vəziyyətə gətirilə bilər.

Bu açıqlama ilə brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

“Parisin Ukraynaya göndərmək üçün hərbi kontingent hazırlaması ilə bağlı yeni məlumatlar ortaya çıxır. Bu məqsədlər üçün Fransa xarici legionunun komandanlığı martın əvvəlində təxminən 1 500 nəfərdən ibarət batalyon taktiki qrupunun tərkibini təsdiqləyib”, – deyə M.Zaxarova vurğulayıb.

Oxşar Xəbərlər