İdman

Kresponun yeni klubu açıqlandı

Dörd gün əvvəl Argentinanın “Defensa və Xustisiya” komandasından ayrılmış Ernan Kresponun yeni klubu müəyyənləşib.

QİA.AZ xəbər verir ki, 46 yaşlı mütəxəssis Braziliyanın “San-Paulu” kollektivinə baş məşqçi təyin olunub. Məlumatı klubun rəsmi saytı yayıb.

Argentinalı bu vəzifədə fevralın 1-də istefaya göndərilmiş Fernando Dinizi əvəzləyib.

Qeyd edək ki, Ernan Krespo daha əvvəl İtaliyada “Parma” və “Modena”, həmçinin ölkəsində “Banfild”in gənclər komandasına da başçılıq edib.

Əlaqəli xəbər

Back to top button