Kristiano Ronaldo Devid Bekhemin klubuna keçə bilər

Mar11,2021 #David Beckham #Futbol #Ronaldo
Ronaldo

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldonu heyətində görmək istəyən komandalardan biri məlum olub.

“QİA.az”ın məlumatına görə, A seriyası təmsilçisinin yayda satmaq niyyətinə düşdüyü portuqaliyalı hücumçu karyerasını ABŞ-da davam etdirə bilər.

MLS təmsilçisi “İnter Mayami” yayda forvardı heyətinə qatmaq fikrindədir. Əfsanəvi futbolçu Devid Bekhemin sahibi olduğu klub artıq Ronaldo ilə bağlı təmasa keçib.

36 yaşlı futbolçunun müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Onun ildə 31 milyon avro qazanması “Yuventus”un da satışda maraqlı olmasına əsas verir.

Qeyd edək ki, Ronaldo cari mövsüm 32 oyunda 27 qol vurub.

QİA.az

Oxşar Xəbərlər