KTMT Paşinyana cavab verdi

Apr1,2024

KTMT Ermənistanın tənzimlənən dövlət sərhədləri daxilindəki suveren ərazisini özünün məsuliyyət zonası hesab edir.

“2010-cu ildə KTMT tərəfindən imzalanmış qarşılıqlı fəaliyyət prinsipləri haqqında sazişə uyğun olaraq, məsuliyyət zonası üzv dövlətlərin suveren ərazisidir. KTMT-nin məsuliyyət zonası dövlət sərhədinin keçdiyi yerdə bitir. Bu sərhəd Ermənistan və onun qonşuları arasında, ikitərəfli əsasda müəyyənləşdirilir”, – KTMT-dən bildirilib.

Bundan əvvəl Nikol Paşinyan bəyan edib ki, əgər təşkilat “KTMT-nin Ermənistanda məsuliyyət sahəsi haradır?” sualına cavab verməsə, İrəvan ittifaqdan çıxacaq.

Mənbə: rbc.ru

Oxşar Xəbərlər