Kuba Prezidenti Migel Dias-Kanel Bermudes Prezident İlham Əliyevi seçkilərdə qələbəsi münasibətilə təbrik edib

Fev 8, 2024

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, Kuba Prezidenti X sosial şəbəkəsindəki hesabında bununla bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edir, ona yeni mandatında uğurlar və xalqına firavanlıq arzulayıram. Hər iki ölkə arasında dostluğu və əməkdaşlığı bundan sonra da möhkəmləndirməyə hazır olduğumuzu bir daha bildirirəm”.

Oxşar Xəbərlər