Kubanın şərqində helikopter qəzası baş verib.”QİA.AZ”ın məlumatına görə, bu barədə “Cubadebate” portalı ölkənin Müdafiə Nazirliyinə istinadən bildirib.Məlumata görə, helikopter Olqin əyalətindən Quantanamo vilayətinə doğru uçurmuş. Qəza zamanı 5 nəfər həlak olub. Onların hamısı heyət üzvləri imiş.Müdafə Nazirliyinin müvafiq komissiyası hadisə ilə bağlı təhqiqata başlayıb.