“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

May4,2024

Mayın 5-də Bakıda və Abşeron yarımadasında havanın arabir tutulub açılacağı gözlənilir. Səhər saatlarında, əsasən saat 10:00-12:00 radələrində bəzi yerlərdə zəif yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətinin direktoru Nazim Mahmudovdan QİA.az-a bildirilib ki, gün ərzində mülayim cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin saniyədə 7-12 metr olacağı, arabir 14-16 metr təşkil edəcəyi, havanın temperaturunun 17-21 dərəcə isti olacağı gözlənilir.

Xidmət rəsmisi Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarından geyimlərini hava şəraitinə uyğun seçmələrini tövsiyə edib.

Oxşar Xəbərlər