“Kür” qadın həndbolçular arasında Azərbaycan Kubokunun qalibi olub

Qadın həndbolçular arasında Azərbaycan Kubokunun qalibi bəlli olub.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, finalda Mingəçevirin “Kür” və Bakının “Azəryol” komandaları üz-üzə gəlib. “AHF Arena”da oynanılan görüş bölgə təmsilçisinin 28:27 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da “Kür” komandası ölkə kubokunun sahibi olub.

Oxşar Xəbərlər