Kürdəmir rayonunda gecə saatlarında gizli fəaliyyət göstərən kafe aşkarlanıb.
“QİA.AZ” xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Ərşəli kəndində karantin qaydalarını pozan kənd sakini Məmmədov Mübariz Özbək oğluna məxsus “Mübariz” kafesi aşkarlanıb.
Polis əməkdaşları kafe sahibi ilə profilaktik söhbətlər apardıqdan sonra ona İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, protokol tətbiq edib.
Daha sonra M.Məmmədovun işinə hüquqi qiymət verilməsi üçün protokol Kürdəmir Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə M.Məmmədov 3 min manat cərimə olunub.
Hazırda RPŞ-nin əməkdaşları rayon ərazisində profilaktik tədbirlərin aparılmasını davam etdirirlər.