Kürdəmirdə iki avtomobil toqquşub, xəsarət alan var

Mar4,2021
qəza

Kürdəmir rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“QİA.AZ” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1950-ci il təvəllüdlü Mustafayeva Dursun xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona qarnın küt travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər