Seysmoloqlar Kuril (Saxalin Bölgəsi) yaxınlığında Sakit Okeanda 4,5 bala qədər dörd zəlzələ qeydə alıblar.
QİA.AZ-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Birləşmiş Geofizika Xidmətinin Saxalin şöbəsindən bidiriblər.
Məlumatda deyilir: “2,3 ilə 4,5 bal gücündə zəlzələlər əsasən Kurilin cənub qrupu yaxınlığında qeydə alınıb. Ocaqların dərinliyi 98 kilometrə qədərdir”.
Seysmoloqların sözlərinə görə, yerli sakinlər yeraltı təkanları hiss etməyiblər. Sunami təhlükəsi elan edilməyib.