Küveytdə yanacaq çatışmazlığına görə enerji təchizatında fasilələr yaranıb

Küveytin Elektrik, Su və Bərpaolunan Enerji Nazirliyi paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişini mərhələli şəkildə dayandırıb.

QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC xarici KİV-ə istinadla məlumat verir ki, elektrik enerjisinin kəsilməsinə istilik elektrik stansiyalarının yanacaq təchizatında yaranan fasilələr səbəb olub. Elektrik enerjisi istehsalının kifayət qədər olmaması səbəbindən duzsuzlaşdırma qurğularının da fəaliyyəti dayandırılıb.

Küveyt təsdiqlənmiş neft ehtiyatlarına görə dünyada altıncı yerdədir. OPEC-in məlumatına görə, Küveytin neft ehtiyatları 101,5 milyard barel və ya dünya neft ehtiyatlarının təxminən 6%-i səviyyəsində qiymətləndirilir. 2023-cü ilin sonunda Küveytdə neft hasilatı gündə təxminən 2,8 milyon barel neft təşkil edib. Ölkə həm də əhəmiyyətli təbii qaz ehtiyatlarına malikdir.

Oxşar Xəbərlər