Kanadanın Kvebek əyalətində koronavirusa yoluxma hallarının artması ilə əlaqədar “peyvənd pasportu”ndan istifadə etmək niyyətindədirlər.
QİA.AZ-ın İnterfaks-a istinadən verdiyi məlumata görə, Kvebekin Baş naziri Fransua Leqo peyvənd edilənlər üçün “bir sıra xüsusi imtiyazların” olacağını deyib.
Nazir əlavə edib ki, bu cür pasportların tətbiq edilməsində məqsəd hər iki doza koronavirus peyvəndi alan sakinlərin normal həyat sürmələrini təmin etməkdir.