Lənkəran şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“QİA.az”ın məlumatına görə, hadisə Lənkəran şəhərində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Kazımzadə Tamerlan Camal oğlu xəsarət alıb. Yaralı əvvəlcə Lənkəran Şəhər Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.