Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ana ölümü qeydə alınıb.
QİA.AZ-ın verdiyi xəbərə görə, 2001-ci il təvəllüdlü Rəqsanə Səmid qızı Xangəldiyeva dünən doguş sancıları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsinə qəbul olunub. R.Xangəldiyeva bu gün əməliyyat yolu ilə oğlan uşağı dünyaya gətirib. Lakin qadın bir neçə saat sonra dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.