Lənkəranda avtomobilin qəzaya uğrayaraq yanması nəticəsində yanıq xəsarətləri alan qadın ölüb.
“QİA.az”ın verdiyi xəbərə görə, Boladi kəndində qeydə alınan qəza zamanı xəsarət almış 1960-cı il təvəllüdlü Gövhər Ağarza qızı Dadaşova ölüb.
Qeyd edək ki, hadisə Bakı-Astara-İran İslam Respublikası sərhəd yolunun Lənkəranın Boladi kəndində baş verib.
Belə ki, Bakı istiqamətində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı zolaqlararası beton maneəyə çırpılıb və bundan sonra alışıb. Hadisə zamanı 1960-cı il təvəllüdlü Gövhər Ağarza qızı Dadaşova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.