Lənkəranın Kərgəlan kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir

May8,2024

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Habil Oruc oğlu İsmayılovun meyitinin qalıqları Lənkəran rayonuna gətirilib.

QİA.az “Report”un Cənub bürosunun məlumatına istinad ilə xəbər verir ki, şəhidin nəşi rayonun Kərgəlan kəndində ailəsinə təhvil verilib.Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Habil Oruc oğlu İsmayılov 1975-ci il mayın 26-da anadan olub. O, 1994-cü ilin yanvarın 27-də Xocavənd rayonunun “Şişqaya” yüksəkliyi istiqamətində itkin düşüb.H.İsmayılov Kərgəlan kənd qəbiristanlığında dəfn olunacaq.

Oxşar Xəbərlər