İspaniya La Liqasında XXXIV turun “Malyorka” və “Atletiko” komandalarının qarşılaşdığı oyun başa çatıb. Oyun “İberostar” stadionunda (Palma de Mallorka) baş tutub. Görüşün baş hakim Xavyer Alberola Roxas idarə edib.
QİA.az-ın məlumatına görə, görüşdə qonaqlar 0:1 hesabı ilə qalib gəlib.
Matçın 5-ci dəqiqəsində “Atletiko”nun hücumçusu Rodriqo Rikelme bir hərəkətlə cərimə xəttində fəndlə rəqibin iki futbolçusunu aldadıb və “Malyorka”nın qapısına dəqiq zərbə endirib.
“Atletiko” 2023/2024 mövsümü üçün İspaniya Primerasının turnir cədvəlində dördüncü yerdədir. Komanda 34 oyunda 67 xal toplayıb. “Malyorka” 32 xalla 16-cı yerdədir. 2023/2024 mövsümü üçün İspaniya Primerasının turnir cədvəlində birinci yeri La Liqanın cari mövsümünün çempionu olan “Real Madrid” tutub.