Laçın-Kəlbəcər zonasında “yaşıl enerji zonası” ilə bağlı planlar Türkiyə investorları üçün geniş üfüqlər açır – Nazir

Yenilənəbilir enerjinin ölkə üzrə, təxminən, 27 min meqavatlıq, işğaldan azad edilmiş ərazilərdə 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialı, zəngin daxili su ehtiyatları, həmçinin ümumilikdə 700 MVt-lıq rüzgar və günəş enerji layihələri üzrə planlaşdırılan hərraclar, Laçın-Kəlbəcər zonasında 100 meqavatlıq külək elektrik stansiyasının tikilməsi və “yaşıl enerji zonası”nın yaradılması ilə bağlı digər planlar Türkiyə investorları üçün geniş üfüqlər açır.

QİA.AZ“ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda deyib.

O bildirib ki, xüsusilə, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi prosesində türk şirkətləri ilə geniş əməkdaşlığımız cəlbedici olmaqla bərabər, həm də həmrəyliyimizin rəmzi ola bilər.

“Türkiyə şirkətlərinin iştirakı qədər yenilənəbilir enerji, enerji səmərəliliyi, energetikada bazar münasibətləri, tənzimləməyə dair Türkiyə təcrübəsi və dəstəyi də bizim üçün önəmlidir.

Çünki hər zaman və bütün proseslərdə olduğu kimi, “Təmiz enerjili” gələcəyə doğru yolumuzda da Türkiyəni ən böyük müttəfiq görürük. Bunun ilk örnəklərindən biri İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinə Azərbaycanın ev sahibliyi etməsi üçün Türkiyənin öz namizədliyini geri çəkməklə nümayiş etdirdiyi dəstəkdir”, – nazir qeyd edib.

Oxşar Xəbərlər