Laçın sakini 30 ildən sonra xarabalıqlar arasından əl işini tapıb – FOTO

Laçın rayonunun Güləbird kənd sakini, tikinti mütəxəsisi Vüqar İmranov 30 ildən sonra öz doğma kəndinə gedib.

QİA.AZ-ın xəbərinə görə, o, 1980-ci illərin sonlarında Güləbirddə Sarı Aşığın məzarı üzərində abidəsinin ucaldılmasında iştirak edib.

Belə ki, həmin vaxt orta məktəbdə oxuyan V.İmranovun memarlığa marağını görən heykəltaraş ona daş üzərində Sarı Aşığın kiçik portretini işləməsini tapşırıb. V.İmranov bunun öhdəsindən gəlib və onun əl işi də həmin məqbərəyə əlavə olunub.

Otuz ildən sonra işğaldan azad olunan Güləbird kəndinə ayaq basan V.İmranov dağıdılmış məqbərənin daşları arasından adını (ВУГАР) üzərinə həkk elədiyi öz əl işini tapıb.

Oxşar Xəbərlər