Ukraynanın İrpen şəhəri ilə Azərbaycanın Laçın şəhərinin qardaşlaşmış şəhərlər olması istiqamətində işlər aparılır.
QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-a İrpen şəhər Meriyasından məlumat verilib.
“Biz Azərbaycanın Laçın şəhəri ilə İrpen şəhəri arasında tərəfdaşlıq yaratmaq üçün işləyirik. Artıq Azərbaycan və Ukraynanın müvafiq qurumları ilə müvafiq işlər aparılır”, – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, iki şəhər arasında gələcək qardaş şəhər münasibətləri Azərbaycan və Ukrayna arasında əməkdaşlığın möhkəmlənməsinə təkan verəcək.