Füsunkar təbiətə malik olan Laçın dağları həm də faunası ilə diqqət çəkir. Burada nadir rast gəlinən heyvanlardan biri yalquzaq canavardır. Adətən gecə saatlarında şikara çıxan bu canlıya gündüz vaxtı təsadüfən rast gəlmək olur.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, özünəməxsusluğu, iri gövdəsi və sürəti ilə diqqət çəkən qara rəngli yalquzaq canavara Laçın rayonu Dəlidağ yaylağının ərazisindəki Qaranlıq dərədə rast gəlinib.
Cəldliyi ilə seçilən yalquzaq dumanlı havada sürətli şəkildə qaçarkən diqqət çəkib. Bir müddət avtomobillə paralel şəkildə qaçan yalquzaq daha sonra dərələrə enərək gözdən itib.
Qeyd edək ki, yalquzaq öz sürüsündən ayrılaraq tək gəzən canavara deyilir.