Laris Kislyakova: “Xəzərdə üzən bərələrin modernləşdirilməsinə ehtiyac var”

Xəzər dənizinin suyunun azalması ilə əlaqədar bərələrin sayını artırmaq, onları modernləşdirmək lazımdır.

QİA.az “Report”un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata istinad ilə xəbər verir ki, bunu Mərkəzi Asiya Nəqliyyat-Logistika Tərəfdaşlığının sədri Larisa Kislyakova Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Programı regionunda daha ekoloji cəhətdən təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi” adlı tədbirdə deyib.“Biz Azərbaycan və Gürcüstanın Orta Dəhlizdə birgə nəzarət-buraxılış məntəqəsi yaratmasını gözləyirik”, – o vurğulayıb.

Qeyd edək ki, Orta Dəhliz 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb.

Daha sonra layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya uzanır. Bütün marşrut üzrə vahid tarif yaradılıb və “bir pəncərə” prinsipi tətbiq edilir.

Oxşar Xəbərlər