Türkiyə Milli Müdafiə aziri Hulusi Akar Latviya Baş nazirinin köməkçisi və müdafiə naziri Artis Pabriks ilə görüşüb.
QİA.AZ xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Videokonfrans vasitəsi ilə keçirilən görüşdə tərəflər ikitərəfli və regional müdafiə, təhlükəsizlik, müdafiə sənayesi və NATO ilə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar.
Bununla birgə, Türkiyə Milli Müdafiə Nazirliyi Latviya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb.
“Latviya hökumətinin qondarma “erməni soyqırımı” barədə qərarını rədd edirik” – qurumun “Twitter” səhifəsində deyilir.