Lavrov ATƏT-in həmsədrləri ilə Qarabağla bağlı vasitəçilik səylərinin əlaqələndirilməsini müzakirə etdi

Noy18,2020

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ilə ATƏT-in Minsk Qrupu həmsədrləri arasında görüş keçirilib.

QİA.AZ-un məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, görüş zamanı Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub və üç ölkənin gələcək vasitəçilik səylərinin əlaqələndirilməsi nəzərdən keçirilib:

“Məsləhətləşmələr zamanı Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bu il 10 noyabr tarixində tam atəşkəs rejimi və bütün hərbi əməliyyatların dayandırılması barədə bəyanatından sonra Dağlıq Qarabağda və ətrafında vəziyyəti müzakirə ediblər”.

Bildirilib ki, üç ölkənin gələcək vasitəçilik səylərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib.

Oxşar Xəbərlər