Avqustun 27-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.
QİA.az xəbər verir ki, bu barədə BFB-dən AZƏRTAC-a bildirilib ki, istiqraz faizli, təmin edilməmiş sənədsiz adlı səhmlərin sayı min ədəd, ilkin ticarət qiyməti min manat, buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faizi 15 faiz, tədavül müddəti 5 ildir. “Assist Finance İ.Ş” ASC anderrayter vəzifəsində çıxış edir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcək. 27 avqust tarixindən başlayaraq 29 sentyabr tarixinə kimi 34 gün ərzində “Legion Financial” ASC-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə sentyabrın 30-da baş tutacaq.