Lerik rayonu

Dek29,2020
Lerik rayonu

Lerik rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Lerik şəhəridir.

Lerik rayonu 1930-cu il avqustun 8-də təşkil olunmuşdur. 1938-ci ilədək Zuvand rayonu adlandırılmışdır.

Tarixi

Lerik rayonu 1930-cu ilin avqust ayında təşkil edilmişdir. Yanvar 1938-ci ilədək mərkəzi Qosmalıan kəndi olmaqla Zuvand rayonu adlanmışdır. 29 kənd ərazi icra nümayəndəliyi və 29 bələdiyyə qurumu fəaliyyət göstərir. 1084 km2 əraziyə malik olan rayonda 161 kənd və bir şəhər vardır. Prezident İlham Əliyevin 13 iyun 2008-ci il tarixli sərəncamı ilə rayon mərkəzi olan Lerik qəsəbəsinə şəhər statusu verilmişdir. Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III–II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur. Qədim tarixə malik olan Lerik rayonu ərazisində daş dövrünə aid olan əşyalar tapılmışdır. Büzeyir mağarası Azərbaycan ərazisində daş dövrünə aid olan ən qədim yaşayış məskənlərindəndir. XVIII–XIX əsrlərdən başlayaraq məşhur fransız arxeoloqu Jak De Morqan, K.Şaffer və qardaşı Henri ilə apardığı arxeoloji qazıntı zamanı buranı “arxeoloji cənnət” adlandırmış, qiymətli tarixi eksponatlar aşkarlamışdır. Morqan Lerikin Veri kəndi ərazisindəki Qızılbaşlar qəbiristanlığında arxeoloji qazıntılar aparmış, bu diyarın qədim tarixindən söhbət açmışdır. O, mərtəbəli qəbirlərdən tapdığı bütün maddi mədəniyyət nümünələrini özü ilə Fransaya aparmışdır. Həmin eksponatlar indi də Paris muzeylərini bəzəyir. Görkəmli arxeoloq H.Hümmel Lerikdə tapılan maddi-mədəniyyət nümunələrini neolit (yeni daş) dövrünə aid etməklə Azərbaycan paleolit dövrü adamlarının Lerik ərazisində məskunlaşmasını təsdiq edir. Elmlər Akademiyası Tarix İnstitutu Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri, professor Əsədulla Cəfərov Lerik rayonu ərazisində elmi tədqiqat işləri aparmış, ilk dəfə olaraq Büzeyir mağarasında orta paleolit dövrünə dair qədim insan düşərgəsi aşkar etmişdir.

Coğrafi mövqeyi

Relyefi

Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir. Ən yüksək zirvələri Talış silsiləsindəki Gömürgöy (2493 m) və Qızyurdudur (2433 m). Əsasən pallogenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur.

Təbiəti

Günəşli şəlaləsi

Lerikin bitki örtüyü əsasən kollu və seyrək meşəli çəmənlərdən və dağ meşələrindən ibarətdir. Meşələrdə palıd, vələs, fıstıq, qoz, dəmirağacı, azalt (nil) çoxluq təşkil edir.

Meşələrdə və Lerik çayının sahillərində tülkü, çaqqal, canavar, ayı, qaban, ördək, dovşan, meşə pişiyi, süleysin, kəklik, torağayı, bildirçin və s. heyvanlara, meşələrin əlçatmaz yerlərində, dağlarda bəbirə rast gəlmək olar.

Rayonun Zuvand ərazisində Zuvand dövlət yasaqlığı (qoruq) vardır. Burada fəaliyyət göstərən Milli Elmlər Akademiyasının “Nəbatət elmi-tədqiqat mərkəzi” ərazinin fauna və florasını öyrənir. Ərazidə 40,3 min hektar meşə örtüyü vardır.

Lənkəran-Lerik 56 km-lik avtomobil yolu boyu bir sıra turizm, istirahət əyləncə mərkəzləri inşa edilmişdir. “Relax”, “Təbəssüm”, “Meşəbəyi”, “Ağgöl”, “Paradis” və digər turizm obyektləri bu cür mərkəzlərdəndir. Burada kotec, istirahət evləri, əyləncə mərkəzləri, restoran və barlar, idman qurğuları qonaqların xidmətindədir. Turizm obyektlərində, 600 nəfərdən çox, o cümlədən “Relax” turizm istirahət əyləncə mərkəzində eyni vaxtda 600 nəfərdən çox qonağın qəbulu üçün şərait yaradılmışdır.

İqlimi

Payız fəslində Lerikdə tez-tez yağış yağır, kənd yollarında gediş-gəliş çətinləşir. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi, həmçinin yayı quraq keçən mülayim isti iqlim üstündədir. Orta temperatur yanvarda 1 −4 °C , iyulda 22–12°C-dir. İllik yağıntı 300 mm-dən 800 mm-ə qədərdir.

İri yaşayış məntəqələri

Lerikdə yaşayış məntəqələrinin sayı 161-dir. 29 ərazi-inzibati vahidi, 1 qəsəbəsi, 161 kəndi var.

Əhalisi

Lerik həmişə uzunömürlülər diyarı kimi məşhur olmuşdur. Bu rayonun sakini olmuş Şirəli Müslümov uzunömürlülük üzrə dünya rekordu müəyyən etmişdir. O, 163 il (1812–1975) ömür sürmüşdür. Onun digər həmyerlisi Məcid Ağayev 138 il (1835–1973) və Mahmud Eyvazov isə 150 il (1808–1958) yaşamışdır. Hazırda bu rayonda yaşı 100-ü keçmiş, lakin hələ də əmək qabiliyyətini saxlamış onlarca insan yaşayır. Səyyah, etnoqraf-tarixçi Berezin qeyd edir ki, “buranın yerli əhalisi çox qədim xalqdır. Onlar keçmiş midiyalılardır”.

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

Etnik
qrup
1939-cu il11959-cu il2,31970-ci il21979-cu il21999-cu il2009-cu il
Əhali%Əhali%Əhali%Əhali%Əhali%Əhali%
azərbaycanlı20 98468,93%26 69098,73%36 93698,62%45 69699,71%56 19788,76%72 22896,92%
talış885529,09%7 07611,18%2 2813,06%
rus4021,32%2600,96%3060,82%280,06%80,01%110,01%
ukrayın850,28%930,25%00,00%270,04%00,00%
ləzgi200,07%70,03%90,02%260,06%50,01%00,00%
tatar80,02%30,01%10,00%00,00%
erməni320,11%100,04%200,05%430,09%00,00%00,00%
gürcü50,02%20,01%150,04%40,01%00,00%00,00%
yəhudi90,03%00,00%30,01%20,00%00,00%00,00%
avar20,01%10,00%10,00%10,00%00,00%00,00%
saxur10,00%00,00%00,00%10,00%00,00%00,00%
kürd00,00%00,00%50,01%00,00%00,00%00,00%
alman100,03%
digər380,12%620,23%560,15%230,05%350,06%20,00%
cəmi30 44327 03237 45245 82763 31474 522
11939-cu ildə Ağullar, Rutullar və Saxurlar birlikdə Digər Dağıstan xalqları başlığı altında siyahıya alınmışlar.
2Talışlar azərbaycanlı olaraq siyahıya alınmışlar.
3Ruslar və ukraynalılar.

Görkəmli şəxsləri

Ucqar dağ rayonu olan Lerik Azərbaycana bir çox görkəmli şəxslər bəxş edib. Bu gün respublikanın ayrı-ayrı ali məktəblərində, MDB ölkələrinin ali məktəblərində tanınmış elm adamları, hüquq mühafizə orqanları işçiləri fəaliyyət göstərir.

  • İlham Əziz — Azərbaycan Respublikasının xalq artisti, aktyor, pedaqoq
  • Böyükağa Mirsalayev — Zaqafqaziya KP(b)MK-nın II katibi.
  • Mirzə Məmmədov — Azərbaycan KP(b)Mk-nın III katibi, Azərbaycanın Xalq Maarif Komissarı, Azərbaycan SSR Maarif naziri.
  • Hüseynbala Mirələmov- yazıçı,dramaturq,Azərbaycan Respublikası Milli Məclisinin deputatı
  • Miri Qənbərov — Azərkontrakt SC-nin sədri.
  • Xeyrulla Məmmədov — filologiya elmləri doktoru, professor.
  • Vaqif Musayev — iqtisad elmləri doktoru.
  • Bəhlul Abdulla — filologiya elmləri doktoru, professor.
  • Elman Quliyev — filologiya elmləri doktoru, professor.
  • Novruz Novruzov — yazıçı-publisist, Şabran rayon İH başçısı.
  • Mirağa Cəfərquliyev — hüquq elmləri doktoru.
  • Əlihüseyn Hidayətov — tibb elmləri doktoru, Əməkdar elm xadimi.
  • Asəf İsgəndərov — fizika-riyaziyyat elmləri doktoru, professor, Lənkəran DU-nun rektoru.
  • Məmmədhüseyn Əliyev — yazıçı-dramaturq
  • Əlisa Nicat — yazıçı-dramaturq, filosof.
  • Xanoğlan Bayramov — neftçi, Sosialist Əməyi Qəhrəmanı
  • Elman İsgəndərov — texnika üzrə fəlsəfə doktoru.
  • Yaşar Kəlbiyev — iqtisad elmləri doktoru, professor, Azərbaycan İqtisadiyyat Universitetində kafedra müdiri.
  • Eldar İsgəndərzadə — şair-dramaturq, ssenarist.
  • Valeh Müslümov — Azərbaycanın Milli Qəhrəmanı.
  • Rövşən Abdullayev — Azərbaycanın Milli Qəhrəmanı.
  • Vasif Qafarov-tarix üzrə fəlsəfə doktoru, dosent.
  • Fəhad Ağayev- Azərbaycanın Milli Qəhrəmanı.
  • İslam Qəribli — filologiya elmləri doktoru.
  • Allahverdi Məmmədli — şair.
  • Gülməmməd Məmmədzadə — tədqiqatçı-jurnalist.
  • Fazil Ağayev- tibb elmləri doktoru, professor, əməkdar elm xadimi
  • Kərim Kərimov-pedaqoji elmlər doktoru, professor.
  • Xubəli Əzizov — Fizika — riyaziyyat elmləri doktoru, professor. Moskva şəhəri.
  • Qurbanxan Müslümov — Tibb elmləri doktoru. Topçubşov adına Respublika Cərrahiyə Mərkəzinin professoru.

Lerikdə dövlət mühafizəsində olan daşınmaz tarixi mədəniyyət abidələri mövcuddur. Bunlardan yerli əhəmiyyətli memarlıq abidələri 27, arxeloji abidələr 25, monumental və xatirə abidələri 1, dekorativ, tətbiqi sənət abidələri 78 və s.-dir. Lerik şəhərində 1 ədəd tarix-diyarşünaslıq muzeyi, “Uzunömürlülər” muzeyi, rəsm qaleriyası fəaliyyət göstərir.

Lerikdə tapılmış mağarada daş dövrünün insanlarının yaşaması güman edilir. Rayonda çoxsaylı tarixi abidələr var. Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndindəki məscid (XIX əsr), Mistan kəndində, dəniz səviyyəsindən 2438 metr yüksəklikdə yerləşən “Qızyurdu” adlı qədim insan məskəni, Mondigah kəndindəki Baba İsa türbəsi, Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Lerikdən Cəngəmiran kəndinə gedən yolun üstündəki Cabir məqbərəsi (XII–XIV əsrlər) və s. Kəndlərin çoxunda daşdan yonulmuş qoç heykəlləri salamat qalmışdır. Cəngəmiran kəndinin yaxınlığında Xəlifə Zəkəriyyə məqbərəsi var. Bu kənddə qədim ağaclar da tarixi abidələr kimi qorunur. Məşhur fransız yazıçısı Aleksandr Düma vaxtilə Qafqaza səyahət edərkən Lerik meşələrindən keçərək Hovil kəndində olmuş, öz əsərlərində bu kəndin eskizlərini çəkmiş, gözəlliklərini vəsf etmiş, əhalinin qonaqpərvərliyindən, məşğuliyətindən geniş yazmışdır.

Lerik ərazisində mövcud olan Oğlan və Qiz qalaları müdafiə məqsədi ilə tikilmişdir. Bu qalalara su dulus borularla bulaq çeşmələrindən çəkilibmiş. Qalaların bürcləri orjinal arxitektura quruluşuna malikdir. Rəvayətə görə bura qədim albanların məskəni olmuşdur. Burada albanlara məxsus qəbirstanlıq indi də mövcuddur.

Səfəvilərin hakimiyyəti illərində Şah İsmayıl öz inanılmış adamlarını Lerik rayonu ərazisinə də göndərmişdir. İndi əhalinin ziyarətgaha çevirdiyi Babagil məqbərəsi də o dövrlərin yadigarıdır.

Qədim tarixə malik olan Lerik rayonu ərazisində daş dövrünə aid olan əşyalar tapılmışdır. Buzeyir mağarası Azərbaycan ərazisində daş dövrünə aid olan ən qədim yaşayış məskənlərindəndir. XVIII–XIX əsrlərdən başlayaraq məşhur fransız arxeoloqu Jak de Morqan, K.Şaffer və qardaşı Henri ilə apardığı arxeoloji qazıntı zamanı buranı “arxeoloji cənnət” adlandırmış, qiymətli tarixi eksponatlar aşkarlamışdır. Morqan Lerikin Veri kəndi ərazisindəki Qızılbaşlar qəbiristanlığında arxeoloji qazıntılar aparmış, bu diyarın qədim tarixindən söhbət açmışdır. O, mərtəbəli qəbirlərdən tapdığı bütün maddi mədəniyyət nümünələrini özü ilə Fransaya aparmışdır. Həmin eksponatlar indi də Paris muzeylərini bəzəyir.

Görkəmli arxeoloq H.Hümmel Lerikdə tapılan maddi-mədəniyyət nümunələrini neolit (yeni daş) dövrünə aid etməklə Azərbaycan paleolit dövrü adamlarının Lerik ərazisində məskunlaşmasını təsdiq edir. Elmlər Akademiyası Tarix İnstitutu Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri, professor Əsədulla Cəfərov Lerik rayonu ərazisində elmi tədqiqat işləri aparmış, ilk dəfə olaraq Buzeyir mağarasında orta paleolit dövrünə dair qədim insan düşərgəsi aşkar etmişdir.

38°47′ şm. e. 48°25′ ş. u.
Ölkə Azərbaycan
DaxildirLənkəran iqtisadi rayonu
İnzibati mərkəzLerik
İcra başçısıRövşən Bağırov
Tarixi və coğrafiyası
Yaradılıb8 avqust 1930
Sahəsi1 083.6km²
Hündürlük1.165 m
Saat qurşağıUTC+04:00
Əhalisi
Əhalisi84 700 (2019)nəfər
Rəqəmsal identifikatorlar
ISO koduAZ-LER
Telefon kodu994 25
Poçt indeksiAZ 4300
Avtomobil nömrəsi43

Oxşar Xəbərlər