“Lester” komandası tarixində ilk dəfə İngiltərə Kubokunu qazanıb.
“QİA.az”ın məlumatına görə, “tülkülər” Londondakı “Uembli” stadionunda 21 000 tamaşaçının iştirakı ilə keçirilmiş final oyununda “Çelsi”yə minimal hesabla qalib gəlib – 1:0. Yeganə qolu 63-cü dəqiqədə Yuri Tilemans vurub. Ben Çiluell görüşün sonlarında bərabərlik qolunu vursa da, VAR-a müraciət edildikdən sonra top hesaba alınmayıb.
Beləliklə, “Lester” İngiltərə Kubokunu əldə edən 44-cü komanda olub. Əvvəlki 4 finalda “tülkülər” məğlubiyyətlə üzləşiblər.