Levon Ter-Petrosyan: “Paşinyan ziyanvericidir”

Noy30,2020

“Bu ziyanvericinin və milləti məhvə aparanın dediklərini şərh etmək mənasızdır”.

“QİA.AZ” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın adından onun mətbuat katibi Arman Musinyan feysbuk səhifəsində yazıb.

“Qoy nə istəyir danışsın. Onunsuz da onun bəraət qazanmağa şansı yoxdur. Erməni xalqı onu heç vaxt bağışlamayacaq”, – A.Musinyan sabiq dövlət başçısının mesajını çatdırarkən bildirib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan və Robert Koçaryan mövcud durumu müzakirə etmək üçün Rusiyanın paytaxtı Moskvaya səfər edəcəkdilər. Lakin sonradan səfər baş tutmadı. Buna səbəb kimi R.Koçaryanın koronavirusa yoluxması göstərildi.

Ermənistan baş naziri Nikol Paşinyan noyabrın 29-da bildirib ki, onların səfəri üçün R.Koçaryanın hökmlüklə əlaqədar alınan xarici pasportun ona geri verilməsini istəyib. N.Paşinyan qeyd edib ki, yaradılmış bütün şəraitə baxmayaraq, onlar Moskvaya səfər etməyiblər.

Oxşar Xəbərlər