Liviya Nümayəndələr Palatası seçkilərin tarixi ilə bağlı yeni təklif tələbi ilə Ali Seçki Komissiyasının iclasını dayandırıb.
QİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Liviya Nümayəndələr Palatasının mətbuat katibi Abdulla Buleyxik bildirib.
Onun sözlərinə görə, görüşdə seçkilərin təxirə salınmasının səbəbi və seçki prosesi müzakirə olunub.
Belə qənaətə gəlinib ki, Ali Seçki Komissiyası fors-major halları aradan qaldırmaq və seçkilərin yeni tarixini təyin etmək üçün ölkədəki bütün partiyalarla əlaqə saxlayacaq.
Liviya Siyasi Dialoq Forumu 2020-ci ilin noyabr ayında BMT-nin himayəsi altında təşkil edilən müzakirələrdən sonra ölkədə prezident və parlament seçkilərinin 24 dekabr 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edib.
Bununla belə, dekabrın 22-də Liviya Ali Seçki Komissiyası səsverməyə texniki hazırlığa baxmayaraq, seçkiləri keçirə bilməyəcəyini açıqlayıb.
Seçki komissiyası bu məsələdə mövcud fikir ayrılıqlarına görə prezident seçkilərinin 2022-ci il yanvarın 24-nə keçirilməsini təklif edib.