Lük Holts millimizlə oyun öncəsi heyətdəki problemləri açıqladı

Noy16,2020
Lük Holts millimizlə oyun öncəsi heyətdəki problemləri açıqladı

“Təbii ki, məğlubiyyətə görə məyusuq. Amma təslim olmayacağıq”.

“QİA.AZ”ın məlumatına görə, bu fikirləri Lüksemburq yığmasının baş məşqçisi Lük Holts UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycanla keçirəcəkləri oyun barədə danışarkən deyib.

51 yaşlı mütəxəssis matçın ağır olacağını bildirib: “Vahid Selimoviç və Dirk Karlson cəzalıdır. Leandro Barreyronun meydana çıxması sual altındadır. Bilirsiniz ki, bu 3 futbolçu aparıcı oyunçulardır və onları əvəzləmək elə də asan deyil. Məhsuldarlıq, iradə, öhdəlik: biz artıq beş oyunda yüksək səviyyədə çıxış etmişik. Bizim üçün çətin olsa da, bu, son deyil. Amma ən yaxşı tərəfimizi bir daha göstərmək istəyirik”.

Qeyd edək ki, noyabrın 17-də “Jozi Bartel” stadionunda keçiriləcək Lüksemburq – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Oxşar Xəbərlər