Luka Modriç 39 yaşında milli komandaya dəvət alıb

“Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç sentyabr ayında keçiriləcək təlim-məşq toplanışı üçün Xorvatiya millisinə dəvət alıb.

Oxu.Az xəbər verir ki, Xorvatiya yığması gələn ay UEFA Millətlər Liqasında Portuqaliya (5 sentyabr) və Polşa (8 sentyabr) ilə qarşılaşacaq. İkinci oyundan bir gün sonra isə Modriç 39 yaşını qeyd edəcək.

Modriç bu yay “Real Madrid”lə bir mövsümlük yeni müqavilə imzalayıb. O, 2006-cı il martın 1-də Xorvatiya millisində debüt edib və o vaxtdan bəri 178 oyun keçirib. Bu müddət ərzində yarımmüdafiəçi 26 qol vurub və 29 məhsuldar ötürmə edib.

Oxşar Xəbərlər