UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu – VI turunda Azərbaycanı qəbul edəcək Lüksemburq yığması oyun öncəsi ciddi problemlə üzləşib.
“QİA.AZ” xəbər verir ki, cəzalı Vahid Selimoviç və Dirk Karlsona zədəlilər Loran Yans, Leandro Barreyro, Mika Pinto və Aldin Skenderoviç də qoşulub.
Onların bugünkü qarşılaşmada meydana çıxıb-çıxmayacaqları bəlli deyil.
Qeyd edək ki, “Jozi Bartel” stadionunda keçiriləcək Lüksemburq – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.