“Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir”.
QİA.az-ın xəbərinə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib:”Bütün doğru və yanlışlarımızla bizi müharibəyə sürükləmək istəyirlər. Əlimizdə bununla bağlı məxfi informasiya var. Biz hətta NATO-ya üzv dövlətlərdən birinin Baş Qərargah rəisinin bu məsələ ilə bağlı nə düşündüyünü də bilirik.O, düşünür ki, Minskin silahlı qarşıdurmada aktiv iştirakı Belarus və Aleksandr Lukaşenkonun rejimini süquta uğrada bilər”