Məhərrəm Əliyev Prezidentin köməkçisi vəzifəsindən azad edilib, Belarusa səfir göndərilib

General-polkovnik Məhərrəm Abış oğlu Əliyev hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

QİA.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamları ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib və Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Oxşar Xəbərlər