“Regional Azərbaycan Kuboku”nun seçim turları yekunlaşıb

Azərbaycan Gənclər Fondunun dəstəyi və İsmayıllı İntellektual Oyunlar Klubunun təşkilatçığı ilə Nə? Harada? Nə zaman? oyunu üzrə “Regional Azərbaycan Kuboku”nun seçim turları yekunlaşdı.

İlk olaraq Ağdaş, daha sonra isə Mingəçevirşəhərində, növbəti günlər isə Ağsu və Şamaxırayonlarında gənclər arasında seçim turları baş tutdu. 

Seçim turlarında ilk öncə himn səslənmiş vətorpaqlarımızın işğaldan azad edilməsi uğrundamübarizədə canlarından keçmiş şəhidlərimizinxatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Dahasonra idarə və təşkilatların nümayəndələri sözügedənrayonlarda gənclər üçün yaradılan şəraitdən, gənclərin intellektual oyunlara və asudə vaxtlarınıdaha səmərəli keçirmələrinə səbəb olacaqməşğuliyyətlərə yönəlmələrinin vacibliyindəndanışdılar. Sonra İsmayıllı İntellektual OyunlarKlubunun sədri və layihə rəhbəri Azad Manaflılayihənin məqsədi, seçim turlarının keçirilməsi, oyunun gedişatı və s. haqqında məlumat verdi vəiştirakçılara uğurlar arzuladı.

Seçim turunda Heydər Əliyev və onun siyasəti, Azərbaycan tarixində önəmli rol oynamış şəxslər, Azərbaycanın tarixi və ümumi dünyagörüşünü əhatəedən 24 sual səsləndirildi. Hər rayonda ilk 3 yeritutmuş komandalar finala vəsiqəni təmin etdi. Final mərhələsi isə Mingəçevir şəhərində keçiriləcəkdir. Finalda qaliblərə kubok, medal, diplom və dəyərlihədiyyələr təqdim ediləcəkdir.

Oxşar Xəbərlər