“Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mayın 2-də işini sessiyalarla davam etdirir.
QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, “Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?” mövzusunda keçirilən plenar sessiyaya ADA Universitetinin Kommunikasiya və rəqəmsal media proqramının rəhbəri Şəfəq Mehrəliyeva moderatorluq edir.
Plenar sessiyada İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Departamentinin rəhbəri doktor Luçin Razoui, Amerika Dövlətləri Təşkilatının komissarı Fernando Lottenberg, İslamabad Strateji Araşdırmalar İnstitutunun direktoru Sahil Məhəmməd, Argentina Respublikasının müdafiə nazirinin müşaviri, jurnalist Brayan Mayer, “Avropa Xeber Agentlikleri Alyansı”nın (EANA) Baş katibi Aleksandru Qiboyi Kaliber, Analitik Xəbər Bülleteninin baş analitiki Orxan Amaşov məruzələrlə çıxış edəcəklər.