Məhəbbət Vəliyeva Təhsil nazirinin müavini vəzifəsindən azad edildi

Fev1,2021
Məhəbbət Vəliyeva Təhsil nazirinin müavini vəzifəsindən azad edildi

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.

“QİA.AZ”ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sənəd imzalanıb.

O, 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.

Oxşar Xəbərlər