Məhəmməd Barkindo: “Koronavirusun yeni növləri neft bazarına təsir göstərib”

Okt14,2021

“Neft bazarındakı mövcud vəziyyət koronavirusa qarşı peyvəndləmənin sürətini artırmağı şərtləndirir”.

“QiA.AZ” xəbər verir ki, bunu “Rusiya enerji həftəsi”ndə iştirak edən OPEC Baş katibi Məhəmməd Barkindo jurnalistlərə bildirib.

O deyib ki, neft bazarlarının inkişafına təsir göstərən xarici amilləri qeyd etməliyik: “Koronavirusun yeni növlərinə qarşı mübarizə məsələsi dövlətlər tərəfindən görülən tədbirlərlə bağlıdır. Bu gün bazardakı natarazlığa görə dövlətlər və BMT kimi beynəlxalq təşkilatlar peyvəndləmənin sürətini artırmalıdır”.

Oxşar Xəbərlər