Məhkəmə evdən 30 min manat oğurlayan xadimə ilə bağlı qərar çıxarıb

Bakı Apellyasiya Məhkəməsində mənzildən oğurluq etməkdə təqsirləndirilən Cəmalə Əliyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

“QİA.az”un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında paytaxtın Nərimanov rayonu ”Montin” qəsəbəsində qeydə alınıb. Məmməd Arif küçəsində yaşayan Natella Rzayeva Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək evindən 30 min manatlıq qızıl-zinət əşyasının oğurlandığını bildirib.

Daha sonra polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Cəmalə Əliyevanı saxlayıb.

O, ilkin ifadəsində törətdiyi əməli etiraf edib. Qadının sözlərinə görə, həmin evdə 20 ildir qulluqçu kimi işləyirmiş. O, yataq otağında təmizlik işi apararkən qızılları götürərək çantasına qoyduğunu deyib.

Nərimanov Rayon Məhkəməsinin hökmünə əsasən, C.Əliyeva azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Həmçinin məhkəmə ona elektron qolbaq taxılması barədə hökm çıxarıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib.

Oxşar Xəbərlər