Məhkəmə Paşinyanın işdən çıxardığı Baş Qərargah rəisini vəzifəsində saxlayıb

Mar18,2021 #paşinyan
onik

Ermənistanın İnzibati Məhkəməsi baş nazir Nikol Paşinyanın vəzifədən azad etdiyi Silahlı Qüvvələrin Baş Qərargahının rəisi general-polkovnik Onik Qasparyanla bağlı qərarını açıqlayıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu onun vəkili Artur Ovannisyan feysbuk səhifəsində yazıb.

Qərara əsasən, O.Qasparyan Baş Qərargah rəisi kimi səlahiyyətlərinin icrasını davam etdirəcək.

Oxşar Xəbərlər