Məktəb direktoru müavinləri üçün təlimlər davam edir

Ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər üçün təlimlər davam edir.

QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. İdarənin müdir müavini Anar Məmmədov təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üçün 2-2,99 ballıq nəticə nümayiş etdirən namizədlər üçün təqdimat edərək idarəetmədə çevik, effektiv mexanizmlərin qurulması, əlçatanlığın təmin olunması, tədris prosesinin keyfiyyətli təşkili və tənzimlənməsi, valideynlərlə effektiv kommunikasiyanın yaradılması, məktəblərin daxili nizam-intizam qaydalarının nəzarətdə saxlanmasının vacibliyindən danışıb.Daha sonra müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, təlimlərin əsas məqsədi məktəb idarəetməsində müasir yanaşmalar, hesabatlılıq və monitorinq ilə bağlı müvafiq yanaşmaların formalaşdırılmasından ibarətdir.

Oxşar Xəbərlər