“Məktəb inspektoru” vəzifəsinə vakansiya elan edilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün “məktəb inspektoru” vəzifəsi üzrə vakansiya elan edir.

Agentlikdən “QİA.az”a bildirilib ki, tələblər aşağıdakılardır:

– Ali təhsil;

– Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqındda biliklər;

– Minimum 8il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);

– Ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;

– Yüksək səviyyədə Azərbaycan dili biliyi;

– “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı;

– Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;

– Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;

– Monitorinq və qiymətləndirmə bacarığı;

– Təşkilatçılıq bacarığı;

– Komandada işləmə bacarığı;

– Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı;

– Minimum yaş həddi – 30 yaş

Üstünlüklər:

– Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;

– Yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərdə iştirak imkanı;

– Özünüinkişaf və karyerada yüksəliş imkanı;

– Yüksək əməkhaqqı.

Bildirilib ki, iş qrafiki tam ştat (bazar ertəsi-cümə, saat 09:00-18:00) və ya xidməti müqavilə əsasında sərbəst qrafikdir.

Qeyd olunub ki, son müraciət tarixi 2021-ci ilin iyulun 10-dək nəzərdə tutulub.

Müraciət etmək istəyən namizədlər öz CV-lərini bu keçidvasitəsilə göndərə bilərlər.

Oxşar Xəbərlər