Məktəblərdə tərbiyə işi ilə bağlı tədbirlər planına ehtiyac var – Ceyhun Məmmədov

Məktəblərdə tərbiyə işinə nəzarətlə bağlı tədbirlər planına ehtiyac var.

QİA.az xəbər verir ki, bunu Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib. 

“Bir neçə gün öncə məktəblilər arasında baş verən hadisə (məktəbli şagirdin bulinqə məruzə qalması nəzərdə tutulur) ölkə gündəmini silkələdi. Həmin hadisədə ailələrin günahlandırıması cəhdləri oldu. Burada həm məktəbin həm də ailənin məsuliyyəti var. Bu proseslərdə qanunda nəzərdə tutulan cərimə aşağıdır. Bu cərimələrin artırılması yenidən müzakirə olunmalıdır. Görünən odur ki, belə hallar artacaq. Tərbiyə işi üçün tədbirlər planına ehtiyac var. Təhsil həsas sahədir. Həm müəllimin, həm məktəbin nüfuzunun qorunması baxımından bu istiqamətdə işlərimizi gücləndirilməliyik”, – Məmmədov martın 6-da Milli Məclisin elm və təhsil komitəsində “Təhsil haqqında” qanuna münasibət bildirərkən bildirib. 

Deputat məktəblərdə tətbiq olunan məktəbli davranış qaydalarına da xüsusi diqqətin olmasının vacibliyi vurğulayıb. 

Oxşar Xəbərlər