Binə qəsəbəsində yerləşən “Fəal” kursunun kimya müəllimi Leyla Muradovanın təşəbbüsü və rəhbərliyi ilə Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutuna ekskursiya təşkil olunub.
İnstitutdan QİA.az-a bildirilib ki, ekskursiya kimya fənninə xüsusi marağı olan 40 məktəblinin istəyi əsasında həyata keçirilib. Ekskursiya zamanı institutun Makromonomer əsaslı polimer materiallar, Elektro və bioaktiv роlimеr materialları laboratoriyalarında və Fiziki-kimyəvi analiz şöbəsində istifadə olunan cihaz və avadanlığın iş prinsipləri, təyinatları haqqında məlumat verilib, məktəblilərin maraqlarına uyğun əyani təcrübələr nümayiş olunub, suallar cavablandırılıb. İnstitutun tarixi, alimləri və nailiyyətlərindən bəhs edilib.
Belə görüşlərin keçirilməsi elm və təhsilin inteqrasiyası, elmin təbliği, məktəblilərin elmi-tədqiqat işlərinə maraqlarının artırılması, istedadlarının aşkar edilərək inkişaf etdirilməsi və gələcək peşələrinin seçimi baxımından xüsusi əhəmiyyət kəsb edir.