Məlumat Hesablama Mərkəzinin direktoru vəzifəsindən azad edilib

Apr6,2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin (MHM) baş direktoru Elnar Əsədov vəzifəsindən azad edilib.

“QİA.az”ın əldə etdiyi məlumata görə, bununla bağlı nazir Rəşad Nəbiyev əmr imzalayıb.

MHM-ə rəhbərlik müvəqqəti olaraq direktor müavini İnara Vəliyevaya həvalə olunub.

Xatırladaq ki, E.Əsədov sözügedən vəzifəni 2016-cı ilin yanvar ayından icra edirdi.

QİA.az

Oxşar Xəbərlər