Mərkəzi Afrika Republikasının prezidenti Fosten-Arkanj Tuadera ölkə hökumətinin yeni tərkibi barədə sərəncam imzalayıb.
QİA.AZ-ın “TASS”a istinadən verdiyi məlumata görə, yeni hökumətə baş nazir Anri-Mari Dondra rəhbərlik edir. Hökumətin tərkibinə ümumilikdə 32 nazir daxildir.
Milli müdafiə və ordunun yenidənqurulması Naziri Klod Ramo Biro, xarici işlər və xaricdəki vətəndaşların işi üzrə nazir Silvi Baypo-Temon təyin ediliblər.
Qeyd edək ki, Anri-Mari Dondra iyunun 11-i ölkə prezidenti tərəfindən baş nazir təyin edilmişdi.