Mərkəzi Afrika Republikasında hökumətin yeni tərkibi elan edilib

İyn23,2021

Mərkəzi Afrika Republikasının prezidenti Fosten-Arkanj Tuadera ölkə hökumətinin yeni tərkibi barədə sərəncam imzalayıb.

QİA.AZ-ın “TASS”a istinadən verdiyi məlumata görə, yeni hökumətə baş nazir Anri-Mari Dondra rəhbərlik edir. Hökumətin tərkibinə ümumilikdə 32 nazir daxildir.

Milli müdafiə və ordunun yenidənqurulması Naziri Klod Ramo Biro, xarici işlər və xaricdəki vətəndaşların işi üzrə nazir Silvi Baypo-Temon təyin ediliblər.

Qeyd edək ki, Anri-Mari Dondra iyunun 11-i ölkə prezidenti tərəfindən baş nazir təyin edilmişdi.

Oxşar Xəbərlər